Marneulidə oxçuluq üzrə çempionat keçirilir

Oxçuluq üzrə Gürcüstan kubokunun üçüncü mərhələsinin yarışları Marneulidə keçirilir. Çempionatda Gürcüstanın güclü oxatanları iştirak edirlər. Marneulidə keçirilən yarışda iştirak edən 40-a qədər idmançı isə Gürcüstan oxatanlar yığmasının üzvüdür.

Yarışda gənclər, böyüklər və katetlər iştirak edirlər. Yarışın əsas məşqçisi və Marneuli idman məktəbinin oxçuluq üzrə məşqçisi Qiorqi Qordezianinin sözlərinə görə bu növ yarışlar adətən Tbilisi və Batumidə keçirilir.

Marneulidə yarışın keçirilməsinə isə oxçuluqnın məşhurlaşdırılması məqsədi ilə qərar veriblər.

"Artıq elə hallar olub ki, mənim yanıma gənclər gəlib və oxçuluq bölməsində iştirak etmək istədiklərini deyiblər. Bu növün məşhurlaşdırılması üçün Marneulidə yarışın keçirilməsi yaxşı haldır"
- deyir Qiorqi Qordezian.



Kvemo Kartli miqyasında oxçuluq bölməsi yalnız Marneulidə fəaliyyət göstərir və 3 il bundan əvvəl açılıb. Qordeziani deyir ki, bugünkü görüşdə Marneulililər müvafiq təchizatın olmamasına görə iştirak edə bilməyiblər.

Amma onlar Gürcüstan miqyasında keçirilən müxtəlif yarışlara qatılırlar. Gürcüstanın oxçuluq üzrə Milli Federasiyasının prezidenti və fəal idmançı Xatuna Nariçanidzenin sözlərinə görə Marneulidə oxçuluq yarışları hər il keçiriləcək.

"Mən Federasiya prezidenti olaraq vəd verirəm ki, Kutaisidə oxçuluqnı inkişaf etdirdiyimiz kimi artıq orada da üç ildir davamlı yarışlar keçirilir. Marneulidə də belə olacaq. Gələcəkdə də yayda və ya sentyabrda bizi gözləyin. Bütün tərkibimizlə Marneulidə yenə qonaq olacağıq" - Xatuna Nariçanidze deyib.



Xatuna Narimanidze deyir ki, Marneulidə oxçuluq üçün çox yaxşı təbii şəraitlər var.

Gürcüstan oxçuluq kuboku üzrə 3-cü mərhələ dünən başlayıb və bu gün, 17 oktyabrda başa çatacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər