Oxçuluq üzrə Gürcüstan kubokunun üçüncü mərhələsinin yarışları
Marneulidə keçirilir. Çempionatda Gürcüstanın güclü oxatanları
iştirak edirlər. Marneulidə keçirilən yarışda iştirak edən 40-a
qədər idmançı isə Gürcüstan oxatanlar yığmasının üzvüdür.
Yarışda gənclər, böyüklər və katetlər iştirak edirlər. Yarışın əsas
məşqçisi və Marneuli idman məktəbinin oxçuluq üzrə məşqçisi Qiorqi
Qordezianinin sözlərinə görə bu növ yarışlar adətən Tbilisi və
Batumidə keçirilir.
Marneulidə yarışın keçirilməsinə isə oxçuluqnın məşhurlaşdırılması
məqsədi ilə qərar veriblər.
"Artıq elə hallar olub ki, mənim yanıma gənclər gəlib və oxçuluq
bölməsində iştirak etmək istədiklərini deyiblər. Bu növün
məşhurlaşdırılması üçün Marneulidə yarışın keçirilməsi yaxşı
haldır" - deyir Qiorqi Qordezian.
Kvemo Kartli miqyasında oxçuluq bölməsi yalnız Marneulidə fəaliyyət
göstərir və 3 il bundan əvvəl açılıb. Qordeziani deyir ki, bugünkü
görüşdə Marneulililər müvafiq təchizatın olmamasına görə iştirak
edə bilməyiblər.
Amma onlar Gürcüstan miqyasında keçirilən müxtəlif yarışlara
qatılırlar. Gürcüstanın oxçuluq üzrə Milli Federasiyasının
prezidenti və fəal idmançı Xatuna Nariçanidzenin sözlərinə görə
Marneulidə oxçuluq yarışları hər il keçiriləcək.
"Mən Federasiya prezidenti olaraq vəd verirəm ki,
Kutaisidə oxçuluqnı inkişaf etdirdiyimiz kimi artıq orada da üç
ildir davamlı yarışlar keçirilir. Marneulidə də belə olacaq.
Gələcəkdə də yayda və ya sentyabrda bizi gözləyin. Bütün
tərkibimizlə Marneulidə yenə qonaq olacağıq" - Xatuna
Nariçanidze deyib.
Xatuna Narimanidze deyir ki, Marneulidə oxçuluq üçün çox yaxşı
təbii şəraitlər var.
Gürcüstan oxçuluq kuboku üzrə 3-cü mərhələ dünən başlayıb və bu
gün, 17 oktyabrda başa çatacaq.