Kobuleti küçəsində yol yalnız kanalizasiya sistemi yaradıldıqdan sonra təmir olunacaq
Marneuli bələdiyyəsinin Kobuleti küçəsinin sakinlərini kanalizasiya və yol problemi narahat edir. Onlar deyirlər ki, hər ikisinin həll olunması onlar üçün vacibdir. Yolun pis vəziyyətdə olmasına görə yayda toz, pis havada isə palçıq onları narahat edir.

Deyirlər ki, uşaqları məktəbə yola salırlar geri isə palçığa bulaşmış vəziyyətdə qayıdırlar. İllərdir ki, belə şəraitdə yaşayırlar.



Kanalizsiya Kobuleti küçəsində var ancaq qaydasında deyil. Çox hallarda kanalizasiyanın suyu həyətlərə dolur. Əhali deyir ki, problemlə yalnız yerli özünüidarə seçkilərində maraqlanıblar.



Marneuli meriyasından bildirirkər ki, Kobuleti küçə sakinlərinin kanalizasiyası yalnız geniş miqyaslı layihə kanalizasiya sistemlərinin yenidən qurulmasından sonra olacaq. İşlər isə qaydaya görə ilin sonu başlamalıdır və iki il davam etməlidir.

Yolların bərpası isə Meriyadan bildirilənə görə, kanalizasiya sisteminin qurulmasından sonra həll olunacaq. Konkret nə zaman olacağı isə məlum deyil.





Print Email
FaceBook Twitter Google