Marneuli bələdiyyəsinin Kobuleti küçəsinin sakinlərini kanalizasiya
və yol problemi narahat edir. Onlar deyirlər ki, hər ikisinin həll
olunması onlar üçün vacibdir.
Yolun pis vəziyyətdə olmasına görə yayda toz, pis havada isə palçıq
onları narahat edir.
Deyirlər ki, uşaqları məktəbə yola salırlar geri isə palçığa
bulaşmış vəziyyətdə qayıdırlar. İllərdir ki, belə şəraitdə
yaşayırlar.
Kanalizsiya Kobuleti küçəsində var ancaq qaydasında deyil. Çox
hallarda kanalizasiyanın suyu həyətlərə dolur. Əhali deyir ki,
problemlə yalnız yerli özünüidarə seçkilərində maraqlanıblar.
Marneuli meriyasından bildirirkər ki, Kobuleti küçə sakinlərinin
kanalizasiyası yalnız geniş miqyaslı layihə kanalizasiya
sistemlərinin yenidən qurulmasından sonra olacaq. İşlər isə qaydaya
görə ilin sonu başlamalıdır və iki il davam etməlidir.
Yolların bərpası isə Meriyadan bildirilənə görə, kanalizasiya
sisteminin qurulmasından sonra həll olunacaq. Konkret nə zaman
olacağı isə məlum deyil.