Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.

Marneuli bələdiyyəsinin 2018-ci il büdcəsinə dəyişikliklər edilib
Marneuli bələdiyyəsinin 2018-ci il büdcəsinə dəyişikliklər edilib.
Büdcədə gəlirlər, xüsusilə cərimələr, sanksiyalar və cəzalar 270 020 lari artıb. Su sisteminin bərpası və istismarı xərcləri isə 135 200 lari azalıb. Əldə olunmuş 405 200 lari isə üç istiqamətdə bölünüb.

250 600 lari – yol infrastrukturunun yaradılması-bərpası və baxımı.
31 000 lari çoxmərtəbəli yaşayış korpuslarının təmiri
123 600 lari – idman obyektlərinin yaradılması-bərpası

Bu dəyişikliklərdən sonra Marneuli bələdiyyəsinin 2018-ci il üçün yerli büdcə layihəsinə əsasən gəlirlər 25 877 000 lari, xərclər 28 768 500 lari olub. Balans dəyişikliyi isə 2 891 400 lari təşkil edib.

Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridze bildirdi ki, seçkiöncəsi ərəfədə büdcədə dəyişiklik edilməsi qadağandır, lakin bu halda söhbət büdcədə proqram dəyişikliyindən gedir ki, Bələdiyyə Məclisinin buna haqqı var.

Bu gün, 19 oktyabr tarixində Bələdiyyə Məclisinin iclası keçirildi. İclasda müzakirə olunması üçün 7 məsələ çıxarılmışdı. Bələdiyyə Məclisinin üzvləri bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər