"Marneulidə formalaşmış sosial siyasət yoxdur" - Olqa Endeladze
Bu gün, 14 noyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində büdcə prosesi çərçivəsində Marneuli bələdiyyəsinin sosial proqramlar və xidmətlərin göstərilməsi haqqında müzakirə keçirildi.
Müzakirələrdə qeyri hökumət təşkilatı nümayəndələri, merin Müşavirlər Şurası və Gender Bərabərliyi Şurasının üzvləri, xalq müdafiəçisinin Kvemo Kartli ofisinin nümayəndələri və başqa maraqlanan şəxslər iştirak edirdilər.

Müzakirənin məqsədi bələdiyyənin sosial proqramları və xidmətləri ilə maraqlanan tərəflərin fikir və təkliflərini dinləmək , büdcə prosesi çərçivəsində meriyaya təqdim etmək üçün ictimai müzakirələr və məsləhətçilər şurasının üzvlərinin maarifləndirilməsi və büdcə prosesi ilə bağlı tövsiyələrin hazırlanması və təqdim olunmasında iştirakı idi.

“Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladzenin dediyinə görə, aşkarladıqları ilk problemli məsələ məlumatlar bazasının olmamasıdır.

"Məlumatlar bazasının olmaması, həssas qrupların ehtiyaclarının yerli səviyyədə analizinin olmaması - bu isə o deməkdir ki, sosial siyasət formalaşdırılmayıb. Bu mərhələdə bu həqiqətən problemdir" - dedi Olqa Endeladze.

Müzakirələr “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” və Mülki Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilən “Bələdiyyə siyasətinin hazırlanması üçün mülki sektor” layihəsi çərçivəsində keçirilirdi. Layihə “Səmərəli idarəetmə üçün güclü mülki ictimaiyyət” proqramı çərçivəsində maliyyələşir. Bu proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə World Vision Gürcüstan, Gürcüstan Gənc İqtisadiyyatçılar Assosiasiyası və Gürcüstan Sosial İşçilər Assosiasiyası tərəfindən həyata keçirilir.


Print Email
FaceBook Twitter Google