Marneulidə 49 məktəb odun sobaları ilə qızdırılır
Marneuli bələdiyyəsinin bütün məktəblər hal-hazırda istiliklə təmin olunub. “Marneuli” radiosu ilə söhbəti zamanı Təhsil Resurs Mərkəzinin direktoru Kənan Ömərov bildirdi ki, Marneulidə 74 məktəb fəaliyyət göstərir. 25 təhsil müəssisəsində mərkəzi istilik sistemləri quraşdırılıb, 49 məktəb isə odun sobaları ilə qızdırılır.

“Dağlıq ərazilərdə 20 gündür ki, soyuqlar düşdüyünə görə, istilik var, Marneuliyə gəldikdə isə bir neçə gündür yandırırlar. Məndə olan məlumata görə, odun lazım olan bütün məktəblər tədarüklərini görüblər”, - Kənan Ömərov deyib.

Qeyd edək ki, ötən il odun sobaları ilə 54 məktəb qızdırılırdısa, bu il belə məktəblərin sayı 49-a düşüb.

Print Email
FaceBook Twitter Google