16 yaşlı Marneulili yeniyetmə
stadionda məşq etdiyi zaman dünyasını dəyişib. Səbəbini isə hələ də
ekspertlə araşdırır.
2002-ci ildə anadan olmuş oğlan stadionda raqbi oynayırmış. O,
Marneulinin raqbi klubu”Armazi”nin üzvü idi.
Marneuli raqbi klubu “Armazi”nin meneceri Zurab Pinaşvilinin
sözlərinə görə, klub yeni üzvlər qəbul edən zaman onlardan tibbi
arayış istəyir.
“Orada müxtəlif nüanslar var. Əgər uşaq artıq rəsmi
olaraq çempionatda oynayırsa klubun özü sonra tibbi yoxlayış aparır
və festival yaşındadırsa orada məşqçi tələb edir və istəyi olanlar
gətirir. Bəziləri gətirmir” - deyir Zurab
Pinaşvili.
Pinaşvilinin sözlərinə görə, festival yaşındakı uşaqların məşqi
yüklü deyil. Buna görə də onlar üçün tibbi arayış aparmaq lazım
deyil.
Armazinin meneceri 16 yaşlı dünyasını dəyişən oğlanın sağlamlıq
kağızı aparıb aparmamasını xatırlamır. Ancaq deyir ki, bu halda
uşağın tibbi arayış gətirib gətirməməsinin böyük əhəmiyyəti
yoxdur.