Candar kənd məktəbində yanğın baş verib
Marneuli rayonun Candar kənd məktəbində yanğın baş verib. Hadisənin 9 dekabr tarixində səhər saat 9 radələrində baş verdiyi bildirilir. Bu haqda məlumatı Candar İctimai məktəbinin direktoru Vüsal Bayramov verdi. Onun sözlərinə görə, məktəb binasına arxa tərəfindən kənar şəxslər giriş qapısını sındıraraq daxil olublar və iki sinif otağında yanğın törədiblər.

Yanğın məktəbdə çalışan şəxslər tərəfindən söndürülüb. Ehtiyat üçün məktəbə yanğın söndürən biriqadası da çağırılıb.

Bayramov onu da əlavə etdi ki, bu gün dərs prosesi olduğuna dəyən ziyan məktəb kolektivi tərəfindən aradan qaldırıb və dərs prosesi normal qaydada davam edir. Hadisənin kim tərəfindən törədildiyi bilinmir və yanğın hadisəsi ilə bağlı Marneuli polis idarəsi tərəfindən araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google