Marneuli uşaq bağçalarında ətraf mühitin mühafizəsi tədris ediləcək

Marneuli bələdiyyəsindəki uşaq bağçalarında ətraf mühitin mühafizəsi tədris ediləcək. Artıq uşaq bağçalarının tərbiyəçi-metodistlərinə müvafiq təlimlər keçirilib. Onlar artıq uşaqlarla işləməyə hazırdırlar. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov deyir ki, uşaqlar ətraf mühitin mühafizəsini uşaq bağçasında olduqları vaxtdan başlamalıdırlar. O, qeyd edir ki, Marneuli bağçalarında fənnin tədrisinə yaxın günlərdə başlanılacaq.

“Bu gün və sabah bizim bizim metodistlərimiz təlimdə iştirak edirlər. Birigün işdə olacaqlar. Fikrimcə bundan sonra tədris başlayacaq”, – Zaur Kərəmov deyir.

Ətraf Mühitin Mühafizəsi və Tədris Mərkəzinin baş mütəxəssisi Mariam Arçvadze deyir ki, Marneuli bələdiyyəsində uşaq bağçalarının tərbiyəçi-metodistlərinin dərsliklə işləməyə başlamaq üçün hər cür resursları var. Lakin onu da qeyd edir ki, hələ vəsaiti hazırlamayanlar uşaqlarla işləməyə nə vaxt başlayacaqlarına fərdi olaraq qərar verəcəklər.

“Əgər bağçada metodist yoxdursa, bu halda təlimlərə tərbiyəçi gəlir. Biz ətraf mühitin mühafizəsi mövzusunda əlavə olaraq məlumatlar veririk ki, onlar da bu dərsliyə daxil edilib. Daha sonra isə uşaqların dərslik vasitəsilə tədris olunmasının müxtəlif məsələlərə toxunuruq. Bu 5-6 yaşlı uşaqlar üçündür, lakin təcrübələr göstərir ki, bəzi tədbirlər 3-4 yaşlı uşaqlar üçün də keçirilə bilər”
– Mariam Arçvadze deyir.

Marneuli bələdiyyəsində cəmi 14 uşaq bağçası var. “Məktəbəqədər ətraf mühitin mühafizəsi təhsili” dərsliyi məktəbəqədər hazırlıq proqramı çərçivəsində hazırlanıb. Dərsliyə yaşa uyğun nəzəri materiallardan başqa praktiki çalışmalar da daxil edilib və üç ətraf mühitin mühafizəsi mövzusunu – ətrafımızdakı biomüxtəliflik, su və enerjiyə qənaət, tullantıların idarə olunması mövzularını birləşdirir.

Müxtəlif bələdiyyələrdə ətraf mühitin mühafizəsi məsələsi ilə bağlı təlimlərə 2016-cı ildə başlanılıb. Bütün Gürcüstan miqyasında isə tərbiyəçi-mütodistlərin hazırlığı 2019-cu ildə başa çatacaq.

 

Print Email
FaceBook Twitter Google