Saimerloda uşaq bağçasının tikintisi güman ki, 2019-cu ilin yanvarında başa çatacaq

Saimerlo kəndində uşaq bağçası ötən gün, 10 dekabr tarixində tamamlanmalı idi, lakin işlər hələ də davam edir.


Marneuli meriyasının İnfrastrukturun İnkişafı, Analiz və Monitorinq Şöbəsinin rəhbəri Davit Mumladzenin bildirdiyinə görə, müqavilə şərtlərinin pozulmasına görə işləri yerinə yetirən şirkət cərimə olunacaq.

Mumladze onu da deyir ki, tikinti işlərinin yanvar ayının sonlarınadək davam edəcəyi gözlənilir.

Şirkət Saimerlo uşaq bağçasının tikintisini tamamlayanadək ona cərimə tətbiq olunacaq.

Saimerlo uşaq bağçası 120 uşaq üçün nəzərdə tutulub. Bağçanın tikinti sənədindən aydın olur ki, uşaq bağçasının binasında dörd tam qrup bloku və digər köməkçi otaqlar olacaq. İkinci mərtəbədə isə uşaq qrupları ilə birlikdə rəhbərliyin otağı və idman/incəsənət tədbirləri üçün zal olacaq. Bina məhdud fiziki imkanlı şəxslər üçün uyğunlaşdırılacaq.

 

 

Print Email
FaceBook Twitter Google