Marneuli uşaq bağçalarındakı uşaqlara yeni ildə simvolik hədiyyələr veriləcək

Marneuli uşaq bağçaları birliyi uşaq bağçası yetirmələrinə yeni ildə simvolik hədiyyələr verəcək.

Bizimlə söhbət zamanı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov qeyd edir ki, indiki mərhələdə hədiyyələr üçün müzakirə aparılır.

“Marneulidə cəmi 14 uşaq bağçası var. Əlbəttə yeni ildə uşaqlara hədiyyələr verməyi planlaşdırırıq. Şirniyyat olmayacaq, müxtəlif əşyalar verəcəyik” – deyir Zaur Kərəmov.

Büdcədən hansı məbləğ xərclənəcək bu haqda Zaur Kərəmovun dəqiq məlumatı yoxdur və izah edir ki, məbləğlər yaxın gələcəkdə müəyyən olunacaq.

Marneuli bələdiyyəsinin yetirmələrinə keçən ildə olduğu kimi bu ildə ola bilsin rəsm dəftrələri, rəngli qələmlər, qələmlər və başqa əşyalar verilsin.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər