Kirovka kəndində qətl hadisəsi baş verib
Marneuli rayonunun Kirovka kəndində qətl hadisəsi baş verib.

Əldə olunan məlumata görə, kənd sakini N.M. təxminən 3-4 gün əvvəl birgə yaşadığı atasının bacısı B.M.-ni qətlə yetirərək evlərinin zirzəmisində gizlədib. Bu günlər ərzində soruşan olduqda isə onun Marneulidə işlədiyini deyirmiş.

Kənd sakinlərinin bildirdiyinə görə, hadisənin üstünün açılacağını hiss etdikdə isə, cinayətdə şübhəli bilinən N.M. kənddən qaçaraq gizlənib.

Mərhumun cəsədini bu gün səhər saatlarında qonşuları tapıblar. Mərhumun evinin həyətində çuxur da qazılıb. Güman ki, cinayəti törətməkdə ittiham olunan N.M. cəsədi basdırmaq istəyib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları çağırılıb. Cəsəd ekspertiza üçün meyitxanaya aparılıb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna faktı təsdiqləyiblər. Nazirliyin verdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. Bu əvvəllər də məhkum olmuş N.M.-dir. Qətlin səbəbi barədə məlumat veirlimir. Hadisə illə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam ölddürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq başlayıb.

“Marneuli” radiosu



Print Email
FaceBook Twitter Google