VİDEO - "SOGAR GAS GEORGİA" əhalini ehtiyatlı olmağa çağırır
"SOGAR GAS GEORGİA" Facebookda video müraciət yayımlayıb və əhalini diqqətli olmağa çağırırb. Yaşadığınız binada qaz qurğularının qeyri-düzgün şəkildə qurulmasına dair şübhəniz varsa dərhal "SOGAR GAS GEORGİA"-ın qaynar xəttinə zəng vurun (16 114).

Düzgün quraşdırılmayan qurğular sağlamlığa ağır zərər vura və ya ölümlə nəticələnə bilər. Eləcə də müraciətdə qeyd olunub ki, müvafiq kvalifikasiyası olmayan qaz qurğularını montaj edən şəxslərə etibar etməyin.

Qeyd edilməlidir ki, Marneulidə son aylarda qaz qurğularının düzgün quraşdırılmamasına görə bir partlayış, bir qaz sızması halı qeydə alınıb. Onlardan biri 15 yaşlı qızın ölümü ilə nəticələndi.

Xatırladaq ki, 16 yanvar tarixində saat 20:30 radələrində paytaxt Tbilisi şəhərində, Didi Diğomidə yaşayış binalarından birində təbii qaz sızması nəticəsində partlayış baş vermişdir. Nəticədə 4 nəfər dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanada müalicə alırlar. Ölən və yaralananlar arasında 4 yaşlı uşaq da var.

Onu da əlavə edə ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Baş Nazir Mamuka Baxtadzenin əmri ilə bu gün Gürcüstanda matəm günü elan edilib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər