VİDEO - "SOGAR GAS GEORGİA" əhalini ehtiyatlı olmağa çağırır
13:42 / 17.01.2019
"SOGAR GAS GEORGİA" Facebookda video müraciət
yayımlayıb və əhalini diqqətli olmağa çağırırb.
Yaşadığınız binada qaz qurğularının
qeyri-düzgün şəkildə qurulmasına dair şübhəniz varsa dərhal "SOGAR
GAS GEORGİA"-ın qaynar xəttinə zəng vurun (16 114).
Düzgün quraşdırılmayan qurğular sağlamlığa ağır zərər vura və ya
ölümlə nəticələnə bilər. Eləcə də müraciətdə qeyd olunub ki,
müvafiq kvalifikasiyası olmayan qaz qurğularını montaj edən
şəxslərə etibar etməyin.
Qeyd edilməlidir ki, Marneulidə son aylarda qaz qurğularının düzgün
quraşdırılmamasına görə bir partlayış, bir qaz sızması halı qeydə
alınıb. Onlardan biri 15 yaşlı qızın ölümü ilə nəticələndi.
Xatırladaq ki, 16 yanvar tarixində saat 20:30 radələrində paytaxt
Tbilisi şəhərində, Didi Diğomidə yaşayış binalarından birində təbii
qaz sızması nəticəsində partlayış baş vermişdir. Nəticədə 4 nəfər
dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanada
müalicə alırlar. Ölən və yaralananlar arasında 4 yaşlı uşaq da
var.
Onu da əlavə edə ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi
tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Baş Nazir
Mamuka Baxtadzenin əmri ilə bu gün Gürcüstanda matəm günü elan
edilib.