Marneulinin gender bərabərliyi şurasının fəaliyyəti üçün büdcədən 12 min lari ayrılıb
16:17 / 17.01.2019
Marneulinin gender bərabərliyi şurasının
fəaliyyəti üçün büdcədən 12 min lari ayrılıb.
Bizimlə söhbət zamanı Marneuli bələdiyyə məclisinin gender
məsələləri üzrə sədr müşaviri İa Esebuanın dediyinə görə məbləğ
əsasən əhali ilə görüşlərə və təlimlərə sərf olunacaq.
“Eləcə də beynəlxalq qadınlar günü, 8 mart tarixi ilə
bağlı tədbir nəzərdə tutmuşuq. Ola bilsin kiçik hədiyyələr də
olsun. Eləcə də çoxuşaqlı ailələrə və tək analara kömək etmək
istəyirik. İstəyirik əhalinin məlumatını artıraq və bilsinlər ki,
bələdiyyədə gender şurası fəaliyyət göstərir və əhalini başa salaq
ki, bizə müraciət etsinlər. Biz də maksimum dərəcədə imkanımız
daxilində köməklik göstəririk” - deyir İa Esebua.
Marneulinin gender bərabərliyi şurası keçən ildən fəaliyyətə
başlayıb. Büdcədən istifadə etmək imkanı isə bu ildən verilib.