"Aversi" klinikasında donuz qripindən 4 nəfər müalicə olunur

Marneulinin "Aversi" klinikasında 4 nəfər xəstə donuz qripindən müalicə olunur.

Bizimlə söhbət zamanı klinika nümayəndəsi Xatuna Ebralidze bildirdi ki, iki xəstənin 55 yaşlı kişi və 39 yaşlı qadının vəziyyəti ağırdır və sünii nəfəs aparatına qoşulublar.

Üçüncü xəstə 94 yaşlı kişidir və onun vəziyyəti müqayisədə qənaətbəxşdr və aparat lazım gəlmir. Dördüncü xəstə uşaqdır və sağlamlıq durumu müsbət dinamikada irəliləyir və güman ki, tezliklə evə çıxaracaqlar.

Uşaqlarda H1N1 virusunun cəmi 5 halı qeydə alınıb. Dördü artıq evə buraxılıb və biri də qeyd etdiyimiz kimi müalicə alır.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər