Tseretelidə “Kənd yığıncağı” baş tutmayıb - sakinlər su ilə bağlı problemlərdən yenə də danışdılar
Tseretelidə “Kənd yığıncağı” baş tutmayıb. Buna səbəb isə iştirak edən sakinlərin azlığı səbəb olub. Yığıncaqda ən az 198 Tsereteli sakini iştirak etməli idi, lakin “Ayin evi”nə toplaşmış sakinlərin sayı çox az olub.

Kəndin yerli icra nümayəndəliyindən bildirdiklərinə görə, onlar demək olar ki, kəndin bütün sakinləri ilə görüşüblər və 198 imza toplayıblar, lakin bugünkü görüşə yalnız 50-60 nəfər gəlib.

Baxmayaraq ki, lazım olan sayda əhali gəlməmişdi, görüşdə iştirak edənlər əsasən içməli su və suvarma suyu ilə bağlı problemlərdən danışdılar.

Görüşdə iştirak edənlərin bir hissəsinin əkin sahələrinin suvarılması ilə bağlı sakinlər və “Marneuli Meliorasiyası” arasında müqavilə imzalanmalı olduğu barədə məlumatı yox idi. 1 hektar sahənin suvarılması üçün sakinlərin ildə 75 lari ödəməli olduğu barədə məlumat onlar üçün yeni idi.

Qeyd edək ki, “kənd məclisi” 20 dəqiqə gec, saat 11:20-də başladı.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər