Bu gün, 14 fevral dünya “Valentines day” –
sevgililər günüdür. Bu günün tarixi ta qədim zamanlara
dayanır.
Qədim zamanlarda
Romalılar üçün əhəmiyyətli olan bu gündə romalı gənclər bir araya
gələrək əylənər, şənlik edərdilər.
Fevral ayının
15-i isə Luperkalia Bayramı başlayırdı ki, bu bayramın qeyd
edilməsi Roma imperatoru tərəfindən qadağan
edilmişdi.
Luperkalia bayramının imperator tərəfindən
qadağan olmasına baxmayaraq Romada rahib olan Valentin qızlarla
oğlanlara gizlin şəkildə görüşmə imkanları yaradırmış.
Gənclərin müvəqqəti görüşməsini xristianlıq
qaydaları ilə qanuniləşdirən Valentinin etdikləri imperatorun
qəzəbinə səbəb olur. Beləlilklə Roma imperatoru onun
hərəkətlərindən xəbər tutaraq Valentini zindana atdırıb döydürərək,
təhqiramiz şəkildə öldürtdürür. Valentin 14 fevral tarixində
xristian məzarlığında dəfn edilir.
Rahib Valentin barədə tarixdə keçən maraqlı
faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də
keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə
məktublar göndərməsidir. Bu tarixə dayanaraq 14 fevral “Valentines
day” sevgililər günü olaraq qeyd edilməkdədir.
Bəs 14 fevralı Marneulili gənclər hansı dərəcədə
və necə qeyd edirlər. Bu gün marneulili gənclərdən aldığımız
müsahibədə onların “Sevgililər günü” ilə bağlı düşüncələri ilə
tanış olduq.
Marneulili gənclərin əksəriyyəti bu günü xüsusi
gün olaraq qeyd edirlər. Sevgilisi və ya nişanlısı olanlar
bir-birinə müxtəlif hədiyyələr alırlar.
14 fevralı sevgilisi ilə birlikdə kafedə qeyd
edənlər də az deyil. Bu günü tək sevgililər və nişanlılar deyil
eyni zamanda evli cütlüklər də qeyd edirlər. Onların arasında
yoldaşlarına aksessuar və ya gül alanlar da var.
Sevginin günü
olmaz deyib sevgililər gününü xüsusi şəkildə qeyd etməyənlərə də
rast gəlmək olurdu. Onlar sevib-sevilməyin tarixi olmaz və
istədiyin vaxt sevildiyini bayram olaraq qeyd etmək olar deyə
düşünürlər.