Gender Şurası həqiqətən ehtiyacı olan tənha qadınlara 8 mart hədiyyəsi verəcək
Marneulinin gender şurası tək analara 8 mart hədiyyəsi verəcək. Bu haqda məlumatı şuranın bugünkü iclasında veriblər. Gender şurasının katibi İa Esebuanın dediyinə görə Sosial Agentliyin məlumatına əsasən Marneulidə yardım alan 31 tək ana var. Ancaq şura büdcəsinin az olmasına görə onların hamısına hədiyyə verə bilməyəcək.

“Biz Sosial Agentlikdən tək anaların siyahısını aldıq. Onlar bizim sosial proqramdan yararlanırlar. Təəssüf ki, ola bilsin bələdiyyə miqyasında başqa tək analar da var ancaq bu haqda məlumatımız yoxdur” - İa Esebua deyir.

Şura yaxın gələcəkdə şəxsən ailələrə qonaq getməyi planlaşdırır və güman edirlər ki, ən çox ehtiyacı olan analara yardım göstərəcəklər. 8 mart hədiyyəsi 100 lari çərçivəsində nəzərdə tutulur.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər