Sahibsiz itlərin tenderində şirkətin əvəzinə yoxlayıcı təşkilatın nömrəsi qeyd olunub
Marneuli
meriyası itlərin sığınacaq xidməti üçün yeni tender elan
edib.
Tenderdə artıq "Vektra" MMC iştirak edib.
Həmin şirkət keçən il də eyni xidməti göstərmişdi.
Şirkət ilə müqavilənin hazırlanması prosesi gedir.
"Marneuli" radiosu "Vektra" MMC-nin nümayəndələrinə zəng vurmağa
cəhd göstərdi. Tenderə qeyd olunan nömrəyə Gürcüstan Heyvanların
Mühafizəsi Federasiyasının nümayəndəsi cavab verdi. O, itlərin
sığınacaq xidmətini monitorinq edir.
Bizim üçün tenderdə yoxlayışı sektorun nömrəsinin qeyd olunması
qeyri-müəyyən olaraq qaldı və biz Heyvanların Mühafizəsi
Federasiyasının rəhbəri Temur Lackepiani ilə əlaqə saxladıq. O,
onların mobil nömrəsinin qeyd olunmasını qarşılıqlı əməkdaşlıq
memorandumu ilə izah etdi.
“Cavab odur ki, biz bir-birimizlə monitorinq həyata keçirməklə
bağlı əməkdaşlıq memorandumu imzalamışıq. Kutaisi miqyasında
hansısa heyvana yardım lazım olsa bizim təşkilat onu klinikaya
aparır” - Lacğebiani deyir.
Şirkətin əlaqə nömrəsini tenderlə bağlı məlumatda qeyd etməli
olduğunu Məlumat Azadlığı İnkişaf İnstitutunun Araşdırmalar üzrə
rəhbəri Giorgi Lomtadze də təsdiq edir və deyir ki, tenderdə əsas
şirkətin nöməris olaraq yoxlayıcı təşkilatın nömrəsi qeyd olunubsa
o zaman şübhə yaranır ki, yoxlayış yaxşı həyata keçiriləcəkmi.
“Sayta yüklənmiş sənədlərdən görsənir ki, "Vektra" MMCC Marneulinin
elan etdiyi və qalib gəldiyi konkret tenderə müəyyən əlaqə məlumatı
yükləyib. Onların tələblərindən biri odur ki, "Vektra" MMC-nin
yerinə yetirdiyi fəaliyyəti yad şəxs yoxlamalıdır. Dövlət
alqı-satqı saytında işləri yerinə yetirən təşkilatın nömrəsi deyil
monitorinq edən təşkilatın nömrəsinin qeyd olunması real olaraq
göstərir ki, onlar arasında konkret bu tenderdə hansısa razılaşma
var ya yox, ancaq bu fərziyyədir” - Lomtadze
deyir.
Marneuli bələdiyyəsində dörd tenderin pozulmasını nəzərə almaqla
ola bilsin meriya müəyyən pozuntulara göz yumub, ancaq Lomtadzenin
sözlərinə görə bələdiyyə müqavilə bağlayana qədər şirkətin işini
yaxşı öyrənməyə məcburdur.
Keçən il də "Vektra" MMC-nin işinə Gürcüstan Heyvanların Mühafizəsi
Federasiyası nəzarət edirdi. İndiyə kimi pozulan tenderlərə səbəb
olaraq yetərli olmayan məbləği qeyd edirdilər və konkret
təşkilatların keçmişində etdiyi pozuntuları qeyd edirdi.
Federasiyada izah edirlər ki, "Vektra" MMC-nin çalışdığı dövrdə
heyvanlarının hüquqları baxımından pozuntu olmayıb və Marneulidən
aparılan itlərin 95% peyvəndli qaytarıblar. Hər itin xidməti üçün
100 lari ayrılıb. 2019-cu ildə meriya itlərin sığınacağı xidməti
tenderində məbləğ 4200 lari artırıb.