Marneuli majoritar deputatı Ruslan Hacıyev bu
gün, 18 fevral tarixində sakinləri qəbul edib,
o,
görüşə “facebook”dakı “şir və aslanlar”ı dəvət edib.
Majoritar deputatla görüşə Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd
İmamquliyev də gedib. İmamquliyev bizimlə smöhbəti zamanı bildirdi
ki, Hacıyevə əsasən üç sualı olub.
Ruslan Hacıyev Parlamentin Təhsil, Elm və Mədəniyyət Komitəsinin
iclaslarında Marneuli bələdiyyəsinin hansı problemlərindən söz
açır, nə üçün Tamaz Naverianinin təmsil etdiyi 36 saylı seçki
dairəsi ərazisində Ruslan Hacıyevin təmsil etdiyi 35 saylı seçki
dairəsi ərazisindən daha çox büdcə vəasiti xərclənir və Parlament
və Bələdiyyə Məclislərində dövlət dilini bilməyən üzvlər olmalıdır,
ya yox. “Avrobalı Gürcüstan”ın üzvü bu gün majoritar deputata məhz
bu sualları ünvanlayıb.
“Cavablar mənimçün qaranlıq idi, çünki Ruslan Hacıyev
deyir ki, elə adamlar (gürcü dilini bilməyənlər) işləməməlidir,
lakin biz görürük ki, “Gürcü Arzusu”nun Bələdiyyə Məclisindəki və
Parlamentdəki üzvləri dövlət dilini bilmir. Məhz bu Hacıyevin
cavablarının reallığını göstərir”, – İmamquliyev
deyir.
İmamquliyev qeyd edir ki, Hacıyev onun suallarından heç birinə
cavab verməyib.
Ruslan Hacıyev bizimlə söhbəti zamanı bildirdi ki, İmamquliyev ona
həqiqətən çoxlu sual verib, lakin görüşün başa çatmasından 40
dəqiqə keçib və bu sualların məzmunu yadında deyil.
“Bütün suallara normal cavab verdim, fikrimcə adi
cavablar idi, bilmirəm, dəqiq yadımda deyil”, –
Ruslan Hacıyev dedi.
Hacıyev hesab edir ki, ümumilikdə görüş yaxşı keçib, çünki Əhməd
İmamquliyev müxalifət partiyasının Marneulidəki lideridir və onunla
siyasi və sosial məsələləri müzakirə ediblər.