EMC Marneuli Bələdiyyəsini azlıqların dilində tərcümə materialları yaratmağa səsləyir
İnsan
Hüquqlarının Öyrənilməsi və Monitorinqi Mərkəzi (EMC) Marneuli
Bələdiyyəsi tərəfindən milli azlıqların dilində ictimai məlumatın
tərcümə siyasətinin
və
resurslarının olmaması probleminə toxunur və Marneuli meriyasını
beynəlxalq müqavilələr və milli qanunvericiliklə nəzərdə tutulmuş
öhdəlikləri layiqincə yerinə yetirməyə səsləyir.
Marneuli Radiosu tərəfindən paylaşılan
məlumatın, həmçinin Marneuli Bələdiyyəsi meriyasının rəsmi veb səhifəsinin və
Facebook səhifəsinin analizi göstərir ki,
kommunikasiyanın bu platformaları iki dildə deyildir və bununla
yanaşı, informasiyanın milli azlıqların dilinə tərcümə olunması
başqa formada da həyata keçirilmir. Üstəlik, bölgədə EMC-nin
apardığı işlər nəticəsində görünür ki, Bələdiyyənin meriyasının
tərcüməçi resursu mövcud deyildir və bunun nəticəsində yerli
azərbaycandilli icma ərizələr/şikayətlər və digər sənədlərlə öz
dillərində müraciət edə bilmirlər və müvafiq olaraq, tərcümə
olunmuş ictimai məlumat əldə edə bilmirlər.
Marneuli Bələdiyyəsində milli azlıqlar əksəriyyəti təşkil edirlər
ki, bu da Marneulinin ümumi əhalisinin 83-84%-ni təşkil edir.
Nəzərə almaq lazımdır ki, dövlət dilini bilmə səviyyəsi etnik
azərbaycanlı icmasında kifayət qədər aşağıdır ki, bu da çoxsaylı
araşdırmalarla dəfələrlə öz təsdiqini tapmışdır[1]. Marneuli
Bələdiyyəsi meriyası tərəfindən informasiyanın yalnız dövlət
dilində yayımlanması dövlətin pozitiv öhdəliklərinin pozulmasıdır
ki, bu öhdəlikləri də dövlət həm beynəlxalq səviyyədə, eləcə də
milli qanunvericiliklə boynuna götürübdür.
İctimai müəssisələrlə kommunikasiyanın/müraciətin rəsmi dilini
müəyyən etmək məsələsində dövlətin sərbəst olmasına baxmayaraq,
milli azlıqlarla münasibətdə bu insanlarla və inzibati orqanlar
arasında münasibətlərdə milli azlıqların dilindən istifadə etmək
haqqında dövlətin pozitiv öhdəliyi vardır.
Bu öhdəliyi üzv ölkələrə “Milli azlıqların qorunması haqqında”
çərçivə konvensiya müəyyən edir ki, bu da Gürcüstanla münasibətdə
2006-cı ildən qüvvədədir. Konvensiyanın 10-cu maddəsinin 2-ci
bəndinə əsasən, milli azlıqların nümayəndələrinin ənənəvi olaraq və
ya çoxlu sayda yaşadıları inzibati vahidlərdə dövlət orqanları
dövlət orqanı və milli azlıq nümayəndə şəxsi arasında milli azlığın
dilindən maksimal istifadə etməlidir.
Bununla yanaşı, dövlət orqanları ilə münasibət zamanı milli
azlıqların nümayəndələrinin linqvistik hüquqlarını Gürcüstanın
“Dövlət dili haqqında” orqanik qanunu da tənzimləyir. Bu qanuna
əsasən, milli azlıqların nümayəndələrinin kompakt yaşadıqları
bələdiyyələrdə dövlət milli azlıqlara aid olan şəxsin dövlət və
yerli özünüidarəetmə orqanları ilə milli azlıqların dilində
tərcüməçi vasitəsilə münasibət qurmağı təmin edir (Maddə 9.3).
Həmçinin, bu qanunun 11-ci və 12-ci maddələri milli azlıqların
dilində təqdim edilmiş ərizələrin, şikayətlərin və onlara verilən
cavabın, həmçinin dövlət və yerli özünüidarəetmə orqanı tərəfindən
qəbul olunmuş normativ aktların azlıqların dilinə tərcümə
olunmasını dövlətə həvalə edir.
Həm beynəlxalq, həm də milli qanunvericilik onu göstərir ki, dövlət
milli azlıqların tarixən və çox sayda yaşadıqları ərazi
vahidlərinin dövlət və yerli inzibati orqanları ictimai məlumat
üçün nəzərdə tutulmuş ərizələrin, bildirişlərin, başlıq
yazılarının, plakatların, lövhəciklərin, reklamın və digər vizual
informasiyanın mətnini dövlət dili ilə yanaşı milli azlıqların
dilində də yerləşdirməyə məcburdur.[2]
Linqvistik hüquqlar nöqteyi – nəzərindən özünüidarəetmə orqanı
tərəfindən pozitiv öhdəliklərin pozulması etnik azlıqların sosial,
siyasi və mədəni iştirakına təsir göstərir və onların izolyasiya və
kənarda qalmalarını daha da dərinləşdirir. Milli azlıqlar qrupunda
dövlət dilinə dəstək siyasəti onlara kənarlaşdırıcı təsir
göstərməməli və dövlətlə baza kommunikasiyası imkanlarını onların
əllərindən almamalıdır. Xüsusilə, yerli özünüidarəetmə səviyyəsində
tərcümə resurslarının olmaması problemdir ki, bu zaman yerli
özünüidarəetmə siyasi hakimiyyətin ilk həlqəsidir və yerli
səviyyədə demokratik siyasətin yürüdülməsi və yerli ehtiyacların
həll edilməsinə məsuldur. Bu kimi yanaşma inteqrasiya prosesini
nisbi olaraq çətinləşdirir və milli azlıqların təməl hüquqlarının
heçə sayılması deməkdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Marneuli Bələdiyyəsinin
meriyasını aşağıdakıları təmin etməyə səsləyirik:
- Yerli səviyyədə
azərbaycan dilində tərcümə resurslarının yaradılması və inzibati iş
aparılması zamanı dövlət dilini bilməyən vətəndaşlar üçün
şikayətlərin, ərizələrin və digər növ sənədlərin, həmçinin inzibati
orqanın qərarlarının və ictimai məlumatın onların dilinə tərcümə
olunaması;
- Rəsmi veb –
səhifənin və Facebook səhifəsinin iki dildə (Gürcü və azərbaycan
dillərində) paylaşılması və ona kimi informasiyanın başqa fprmada
azərbaycan dilində yayımlanmasının təmin edilməsi;
- Vacib normativ
sənədlərin, həmçinin siyasət sənədlərinin azlıqların dilində
tərcümə edilməsi və təşviqinə dəstək
olmaq.
EMC qeyd olunan problemlə bağlı yerli hakimiyyətlə görüşməyi
planlaşdırır və lazım olduğu halda yerli əhalinin hüquqlarının
qorunması üçün hüquqi mübahisələr başlayacağını istisna etmir.
[1] Strateji hüquq tətbiqi yolu ilə azlıqların hüquqlarının
yaxşılaşdırılması: LİNKƏ DAXİL OLUN
Kvemo Kartli əhalisinin sosial – iqtisadi vəziyyəti və
yanaşalarının öyrənilməsi, Sosial Arşdırmalar və Analiz
İnstitutu,2011. Əlçatandır: LİNKƏ DAXİL OLUN
[2] Dövlət dili haqqında qanunun 24-cü maddəsi; Milli azlıqların
qorunması çərçivə konvensiyası – Maddə 10(2).