Ulaşlı sakini tövləsinin qəsdən yandırıldığını düşünür
Marneuli bələdiyyəsinin Ulaşlı kəndinin sakini İsgəndər Süleymanovun tövləsi yanıb. Onun “Marneuli” radiosuna bildirdiyinə görə, tövləsini qəsdən yandırıblar. Hadisə bu gün, 21 fevral tarixində günorta saatlarında baş verib.

“Qəsdən olmuş işdir. Zəng vurdular, mən gələndə axırıncı spiçkanı vururdu tövlənin yanında. Malın içinə girdim ki, görüm salamat qalan nə var, onadək sağolsunlar, uşaqlar çıxarmışdılar, heç nə yox idi, hərləndim belə ki, deyəm niyə yandırırsan, ona kimi maşına minib qaçdı. Adı Zeynalov Həsrətdir, bizim meriyada işləyən Coşqunun atası”, – İsgəndər Süleymanov deyir.

Süleymanovun tövləsinin ancaq bir hissəsi yanıb. O, qeyd etdi ki, qonşuları heyvanları çıxarmağa nail olublar və heyvanlar xəsarət almayıb.

"Marneuli" radiosu
Print Email
FaceBook Twitter Google