Marneulidə "Xocalı" soyqırımına həsr olunmuş anım mərasimi keçirildi (VİDEO/FOTO)
Bu
gün, 21 fevral tarixində Marneulidə AtaHolding binasında Azərbaycan
Respublikasının Gürcüstandakı səfirliyin təşkilatçılığı ilə
"Xocalı" soyqırımına həsr olunmuş anım mərasimi
keçirildi.
Anım
mərasimində Gürcüstan Parlamentinin deputatları Ruslan Hacıyev və
Tamaz Naveriani, Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı,
Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov və
səfirliyin nümayəndələri, QHT-lər iştirak edirdilər.
Tədbirdə çıxış edənlər Xocalıda törədilmiş soyqırımın
günahkarlarının tez bir zamanda cəzalandırılmalı və dünya
ictimaiyyəti tərəfindən soyqırım kimi qəbul olunmalı olduğunu
vurğuladı.
Çıxışlarda o da qeyd olundu ki, Azərbaycan və Gürcüstan
Respublikaları eyni taleyi daşıyırlar. Hər iki ölkə terrorizmdən
əziyyət çəkir. Azərbaycan və Gürcüstan torpaqlarının 20%dən çoxu
Rusiya və onun əli ilə işğal altındadır.
Keçirilən anım tədbirində Xocalı soyqrımına həsr olunmuş foto
şəkillər nümayiş olundu və gürcü, rus, ingilis dilində kitablar
paylanıldı.
Tədbirin sonunda Xocalı soyqrımına həsr olunmuş sənəd filim nümayiş
olunu.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə
Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə –
azərbaycanlılara qarşı soyqırımı törədib.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində
dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və
hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı
şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas
olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin silahlılar dinc
sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü
uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini
qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən
gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər
əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68
qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox
ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor
təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri
ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu
tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks
etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırım
həqiqətlərini əks etdirən kitablar sərgilənir.