Marneuli İctimai məktəblərində iki döymə faktı aşkarlanıb
Marneulinin ictimai məktəblərindən birində güman ki, döyülmə faktı aşkarlanıb.
Bu haqda məlumatı Marneuli Resurs Mərkəzinin direktoru Kənan Ömərov təsdiq edib və o, qeyd edib ki, məktəbin nizam-intizam komitəsindən rəsmi cavab gözləyirlər.

Nizam-intizam komitəsi hər iki müəllimin işini müzakirə edəcək və döyülmənin təsdiqləndiyi halda onlar məktəbdən azad ediləcəklər.

"Marneuli" radiosuna məlumat verən mənbəyə əsasən, zorakılıq törətməkdə ittiham olunan müəllimlər həmin məktəblə yanaşı başqa məktəbdə də dərs keçirlər. Müəllimlərdən biri isə öz istəyi ilə ərizə yazıb və məktəbdən getməyi planlaşdırır.

Qeyd olunan faktla bağlı biz artıq iki gündür ki, direktorla danışmağa cəhd edirik. Dünən o, vaxtının olmadığını bəhanə gətirdi və sonradan bizimlə əlaqə saxlayacağını dedi, ancaq o, hələ də bizim zənglərimizə cavab vermir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər