Ağməmmədlidə erkən orta əsrlərə aid olduğu güman edilən qəbir aşkarlanıb (VİDEO/FOTO)
17:19 / 22.02.2019
Ağməmmədli
kəndində erkən orta əsrlərdə geniş yayılmış daş-qutu tipli qəbir
aşkarlanıb.
Qəbri kənd təsərrüfatı işləri görən zaman İntizam Nəbiyev
aşkarlayıb.
Gürcüstan Milli Mədəni İrsin Qorunması Agentliyindən aldığımız
məlumata görə, daş-qutu tipli qəbirdə 4 insanın sümükləri
aşkarlanıb.
“Qəbirdə xristian qaydası ilə arxası üstə iki böyük
adam uzadılıb (baş və omba sümüklərinə əsasən qəbirdə sağ tərəfdə
(cənub) güman ki, kişi, sol tərəfdə (şimal) isə qadın olmalıdır.
Qeyd olunan iki qəbirdən başqa qəbirdə iki adam da var ki, onların
sümükləri qəbirin sonu tərəfdədir (yeniyetmə olduğu güman edilən
qəbirdəki şimal tərəfdə olan mərhumun (qadının) dizləri
yaxınlığında, dördüncü yaşlı adam isə qəbrin şərq tərəfində dəfn
olunub”, – agentliyin məlumatında yazılıb.
Uzun illər ərzində qəbirə qrunt sularının axması üzündən oradakı
skeletlərin götürülməsi mümkün olmayıb.
Milli Mədəni İrsin Qorunması Agentliyinin məlumatına görə, yekunda
foto və qrafik qeydlər alındıqdan sonra, sümüklər qəbirdə qalıb,
torpaqla doldurulub və üstü örtülüb. Qəbirdə heç bir inventar
aşkarlanmayıb.