“Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın məlumatına görə, Marneuli
Bələdiyyə Məclisinin Komissiya sədri Vasil Xaxulaşvili 2024-cü ilin
əmlak bəyannaməsində daşınmaz əmlakı və sahibkarlıq fəliyyəti
haqqında tam məlumat qeyd etməyib.
“Ümid Yardım Fondu”nun rəhbəri Minurə Mustafayeva “Lider Qadınlar
Cəmiyyəti” tərəfindən “Xeyriyyəçilikdə İnnovasiya 2024”
nominasiyası üzrə mükafata layiq görülüb.
Marneuli merinin birinci müavini Roin Dekanoidze “Maestro”
kanalının efirində “Kəndə Dəstək Proqramı” çərçivəsində həyata
keçiriləcək layihələr haqqında danışıb.
Qardabanili gənc şair, yazıçı Azər Musaoğlu Azərbaycanda keçirilən
“Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə
müsabiqəsinin qaliblərindən biri olub.