"Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Kral Edip ikinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin 10-cu buraxılışında birbaşa Kral Edip əsərindən bəhs olunur. Fiv şəhərinə xəstəlik yayılır və bunun səbəbi, kəhanətə görə, Şah Laiosun qatilinin Fiv şəhərində yaşayaraq böyük günah işləməsindədir. Qatil tapılıb ya ölümə məhkum olunmalı ya sürgün edilmədir .

Kral Edip qatili axtarmağa başlayır. Bunun üçün falçı Tiresiyası çağıtdırır. Tiresiyas Edipin hüzuruna təşvişlə gəlir. Səbəbi isə böyük, ancaq dəhşətli bir həqiqəti bilməsindədir. O, Edipə həqiqətin onun üçün acı olacağını deyir, Edip təkid etdikdə isə cinayətkarın Edipin özünün olduğunu deyir. Edip onu dəli sanır və düşünür ki Tiresiyasın arxasında öz qaynı Kreon durur. Edip Kreonu sürgünə göndərir.

Ancaq məlum olur ki, Şah Laios üç yol ayrıcında öldürülüb. Edip də həmin yerdə adamları öldürdüyünü xatırlayır. Həmin qətldə bir adam sağ qurtara bilmiş və indi çoban olaraq kənddə yaşayırmış. Onu həmin cinayətin şahidi kimi çağırırlar. Çoban da qorxa-qorxa gəlir, çünki Edipdən çəkinir. Çobanı dindirdikdə məlum olur ki, O Edipi tanıyır və Laiosun Edip tərəfindən öldürüldüyünü bilir. Bu Edip üçün böyük bir zərbə olur.



Bu minvalda Korinfo krallığından qasid gəlir ki atan Polibi ölüb və xalq səni şahlığa dəvət edir. Edip qorxur ki, atası ölmüş olsa da anası ilə evlənmək təhlükəsi yenə sovuşmayıb. Ancaq qasid deyir ki, sən narahat olma, zira onlar sənin həqiqi valideynlərin deyildilər, üstəlik səni mənə həmin bu çoban vermişdir və bu əllərimlə səni Şah Polibiyə aparmışam. Burda Edipə hər şey məlum olur. Demə əslində O Laiosla İyokastın oğlu imiş. Atasının qatili, anasının əri, övladlarının isə qardaşıdır. Edip İyokastın intiharından sonra öz əlləri ilə öz gözlərini çıxarır.


Kral Edipin faciəsi məhşur psixoloq Ziqmund Freydi ilhamlandıraraq onun Edip kompleksi adlı nəzəriyyəsinə səbəb olmuşdur. Edip kompleksinə görə oğlan üşağı təhtəlşüuri olaraq anasına qarşı cinsi istək bəsləyir və buna görə atasından nifrət edir.
Edip kompleksi böyük səs-küyə səbəb olaraq öz ətrafında həm müdafiəçilərini, həm də tənqidçilərini toplaya bilmişdir. Ədəbiyyatşünaslar Edip kompleksi nəzəriyyəsindən istifadə edərək bədii mətn qəhrəmanının hərəkətlərini izah etməyə çalışırlar."Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Kral Edip ikinci hissə

Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.

Print Email
FaceBook Twitter Google