"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi- Medeya
Yevripid üç böyük qədim yunan faciə müəlliflərindən biridir. O, e.ə 484-406 illərdə yaşamışdır. Yevripidin özünəməxsusluğu qəhrəmanlarını olduqları kimi təqdim etməkdir. Onun qəhrəmanlarının trajiklikləri öz xasiyyətlərindən irəli gəlir .

Medeya Kolxidadan Yasonla birlikdə qaçdıqda öz qardaşı Apsirti aldadaraq Yasona öldürtdürür. Əlbəttə bütün bunları sevdiyi Yasona görə edir, ancaq gözlənilmədən Medeya Yasonun xəyanətini dadır. Medeya bununla barışmaq istəmir. İntiqam almaq üçün Medeya Yasonun evlənəcəyi qıza guya hədiyyə olaraq zəhərli tac və libas göndərir. Həmin qız dəhşətli bir əzabla ölür.

Medeya bununla kifayətlənməyib Yasondan olan öz uşaqlarını da qətlə yetirir.
Medeyanın bu faciəsi və dəhşətli intiqam alması bir çox sənətkarın diqqətini çəkərək ilham qaynağı olmuşdur.




"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi- Medeya
Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.


Print Email
FaceBook Twitter Google