Bu gün qonağımızla kitablardan və onun ədəbiyyata olan marağından
danışdıq.
Səxavət Bediyev uşaq yaşlarından
ədəbiyyata maraq göstərməyə başlayıb. Onun sözlərinə görə orta
məktəbdə oxuyarkən "Atalar Sözü" adlı kitabından oxuduğu maraqlı
şeirlər və nağıllar onda ədəbiyyata qarşı maraq oyadıb. İbtidai
sinifdən ədəbiyyata maraq göstərərək 6-cı sinifdə "Vətən" adlı ilk
şeirini yazıb. Səxavət yazdığı şeirlərin və məqalələrin mövzusunu
öz həyatından və gördüklərindən bəhrələnərək yazır.
Səxavət kitab oxumağın nə qədər maraqlı və gözəl olduğundan
danışdı. O, Hüseyin Cavidin əsərlərini çox sevir buna səbəb isə
yazıçının əsərlərində vətənə və millətə olan sevgisindən bəhs
etməsidir.
Daha ətraflı verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə
axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.