Ədəbiyyat və interpretasiya


Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.

Verilişin təkrarını hər bazar saat 15:00-da dinləyə bilərsiniz.

Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.
"Ədəbiyyat və interpretasiya" Oqtay Kazmovun müəllif verlişi- Odisseya ikinci hissə
Ədəbiyyat və İnterpretasiya verlişinin 7-ci buraxılışında Odisseya barəsində nəql və əsərin özündən parçaların oxunması davam edir
"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi -Kral Edip birinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin 9-cu buraxılışında söhbət Tragediya yəni faciə janrından gedir. Aristotelə görə faciə şərab tanrısı Dionisə həsr olunmuş ditiramflardan yəni mədhiyyələrdən doğmuşdur. Beləliklə teatrın və faciələrin başlanğıcı dini təsəvvürlərə söykənir
"Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Odisseya son hissə
Ədəbiyyat və İnterpretasiya verlişinin 8-ci buraxılışında Odisseyanın 3-cü və son hissəsindən bəhs olunur
Ədəbiyyat və İnterpretasiya ədəbiyyatşünas Oqtay Kazımovun müəllif verlişi - Odisseya birinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin 6-cı buraxılışı Homerin ikinci əsəri - Odisseyaya həsr olunur. 6-cı verilişdə bu əsərlə bağlı söhbətin birinci hissəsi təqdim olunur
"Ədəbiyyat və İnterpretasiya"ədəbiyyatşünas Oqtay Kazımovun müəllif verlişi - Homerin İliada
Ədəbiyyat və İnterpretasiya verilişinin 4-cü buraxılışı bilavasitə Homerin İliada əsərinə həsr olunur. Poema Axillesin qəzəbiylə başlayıb onun hirslənməsi ilə də bitir
“Ədəbiyyat və interpretasiya” Oqtay Kazımovla - İliada
Ədəbiyyat və interpretasiya verlişinin 3-cü buraxılışı yunan mifologiyasına və Homerin İliada əsərinə bir müqəddimədir. Yunan mifologiyasına görə Uranos Geya ilə evlənir. Uranos səmadır, Geya isə torpaq
“Ədəbiyyat və interpretasiya” Oqtay kazımov- Gilqameş
“Ədəbiyyat və interpretasiya” verlişinin bugünkü mövzusu “Gilqameş” əsəridir.

Gilqameş bu günə qədər əlimizdə olan ilk bədii əsərdir və bəşəriyyətin bu ilk bədii əsərindəcə müasir dövrümüz üçün aktual məsələlər artıq ortaya qoyulmuşdur. Tamamilə cəsarətlə deyə bilərik ki, Gilqameşdən sonra yazılan bütün bədii əsərlər bir növ onun təkrarıdır
Ədəbiyyat və interpretasiya - Ədəbiyyat haqqında ilk verliş
Ədəbiyyat və interpretasiya. Bədii ədəbiyyatın əhəmiyyəti. Dünya və doğma ədəbiyyatlara mənsub olan bədii mətnlərin təhlili. Paralellər və paradiqmalar Oqtay Kazımovla birlikdə, radio Marneulidə

“Ədəbiyyat və interpretasiya” verlişinin ilk buraxılışında ədəbiyyat haqqında və ədəbiyyat sozünün mənşəyi haqqında danışıldı.
Aristotelin fikrincə ədəbiyyat ümumən liminal yer tutur.
Video yeniliklər