Ədəbiyyat və interpretasiya
Ədəbiyyat və interpretasiya - Ədəbiyyat haqqında ilk verliş
Ədəbiyyat və interpretasiya. Bədii ədəbiyyatın əhəmiyyəti. Dünya və doğma ədəbiyyatlara mənsub olan bədii mətnlərin təhlili. Paralellər və paradiqmalar Oqtay Kazımovla birlikdə, radio Marneulidə

“Ədəbiyyat və interpretatsiya” verlişinin ilk buraxılışında ədəbiyyat haqqında və ədəbiyyat sozünün mənşəyi haqqında danışıldı.
Aristotelin fikrincə ədəbiyyat ümumən liminal yer tutur.
Liminal latın sözü olub astana deməkdir. İki aləm arasındakı astana, bu astananı keçdikdə insan başqa bir aləmə qədəm qoyur. Onun fikrincə ədəbiyyat nə tam fantaziyadı, nədə tam reallıq, ədəbiyyat nə tarix deyil, nədə fəlsəfə.

Bədii ədəbiyyatda isə fantaziya var, lakin demək olmaz ki, bədii ədəbiyyat tam fantaziyadan ibarətdir. Bədii ədəbiyyat sözlər vasitəsi ilə insan həyatını əks etdirir. Bədii ədəbiyyatdakı obrazlar heç də tam uydurulmamışdır. Biz bu obrazlara insanlar içində rast gələ bilərik.

Bəzən belə fikir deyilir ki, bədii ədəbiyyatı oxumaq vaxt itkisidir. Əlbəttdə bu doğru deyil. Fikrimizi Frederick Shclieman nümunəsi ilə təsdiqləyə bilərik. O, arxeoloq deyildi. Homerin “İliada” əsərini oxuyub, coğrafi adlara fikir verəndən sonra, bu yerin varlığından əmin olmuşdu. Doğrudanda O, Troyanın müəyyən qalıqlarını tapdı və bununla da Homerin bu əsərinin tarixi bir hadisənin bədii təsviri olduğunu sübuta yetirdi.

Ədəbiyyat iki yerə bölünür: şifahi və yazılı ədəbiyyat. Şifahi ədəbiyyata folklor yəni müəllifi bilinməyən, xalq arasında yayılmış əsərlər aiddir. Şifahi ədəbiyyatın yazılı ədəbiyyatdan fərqi budur ki, şifahi ədəbiyyat anonim ədəbiyyatdır yəni onun müəllifi məlum deyildir. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. 
ICON_SEP Print ICON_SEP
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Ədəbiyyat və interpretasiya
verilişinin 9-cu buraxılışında söhbət Tragediya yəni faciə
janrından gedir. Aristotelə görə faciə şərab tanrısı Dionisə həsr
olunmuş ditiramflardan yəni mədhiyyələrdən doğmuşdur. Beləliklə
teatrın və faciələrin başlanğıcı dini təsəvvürlərə söykənir
00:00 / 26.04.2018
Ədəbiyyat və interpretasiya verilişinin 9-cu buraxılışında söhbət Tragediya yəni faciə janrından gedir. Aristotelə görə faciə şərab tanrısı Dionisə həsr olunmuş ditiramflardan yəni mədhiyyələrdən doğmuşdur. Beləliklə teatrın və faciələrin başlanğıcı dini təsəvvürlərə söykənir
Ədəbiyyat və İnterpretasiya
verlişinin 8-ci buraxılışında Odisseyanın 3-cü və son hissəsindən
bəhs olunur
00:00 / 19.04.2018
Ədəbiyyat və İnterpretasiya verlişinin 8-ci buraxılışında Odisseyanın 3-cü və son hissəsindən bəhs olunur
Ədəbiyyat və İnterpretasiya
verilişinin 7-ci buraxılışında Odisseya barəsində nəql və əsərin
özündən parçaların oxunması davam edir
00:00 / 19.04.2018
Ədəbiyyat və İnterpretasiya verilişinin 7-ci buraxılışında Odisseya barəsində nəql və əsərin özündən parçaların oxunması davam edir
Ədəbiyyat və interpretasiya
verilişinin 6-cı buraxılışı Homerin ikinci əsəri - Odisseyaya həsr
olunur. 6-cı verilişdə bu əsərlə bağlı söhbətin birinci hissəsi
təqdim olunur
00:00 / 12.04.2018
Ədəbiyyat və interpretasiya verilişinin 6-cı buraxılışı Homerin ikinci əsəri - Odisseyaya həsr olunur. 6-cı verilişdə bu əsərlə bağlı söhbətin birinci hissəsi təqdim olunur
Ədəbiyyat və İnterpretasiya
verilişinin 4-cü buraxılışı bilavasitə Homerin İliada əsərinə həsr
olunur. Poema Axillesin qəzəbiylə başlayıb onun hirslənməsi ilə də
bitir
00:00 / 05.04.2018
Ədəbiyyat və İnterpretasiya verilişinin 4-cü buraxılışı bilavasitə Homerin İliada əsərinə həsr olunur. Poema Axillesin qəzəbiylə başlayıb onun hirslənməsi ilə də bitir
Ədəbiyyat və interpretasiya
verilişinin 3-cü buraxılışı yunan mifologiyasına və Homerin İliada
əsərinə bir müqəddimədir. Yunan mifologiyasına görə Uranos Geya ilə
evlənir. Uranos səmadır, Geya isə torpaq
00:00 / 29.03.2018
Ədəbiyyat və interpretasiya verilişinin 3-cü buraxılışı yunan mifologiyasına və Homerin İliada əsərinə bir müqəddimədir. Yunan mifologiyasına görə Uranos Geya ilə evlənir. Uranos səmadır, Geya isə torpaq
“Ədəbiyyat və interpretatsiya” verlişinin bugünkü mövzusu
“Qilqamış” əsəridir. Əsər ətrafında söhbət etməmişdən öncə biz
şumerlərə və tarixə nəzər yetirməliyik. Zira Qilqamışın özü tarixi
şəxsiyyətdir. Şumerlər bəşər sivilizasiyasının ən qədim
beşiklərindən biridir.
00:00 / 22.03.2018
“Ədəbiyyat və interpretatsiya” verlişinin bugünkü mövzusu “Qilqamış” əsəridir. Əsər ətrafında söhbət etməmişdən öncə biz şumerlərə və tarixə nəzər yetirməliyik. Zira Qilqamışın özü tarixi şəxsiyyətdir. Şumerlər bəşər sivilizasiyasının ən qədim beşiklərindən biridir.