“Ədəbiyyat və interpretasiya” Oqtay kazımov- Gilqameş
“Ədəbiyyat və interpretasiya” verlişinin bugünkü mövzusu “Gilqameş” əsəridir.

Gilqameş bu günə qədər əlimizdə olan ilk bədii əsərdir və bəşəriyyətin bu ilk bədii əsərindəcə müasir dövrümüz üçün aktual məsələlər artıq ortaya qoyulmuşdur. Tamamilə cəsarətlə deyə bilərik ki, Gilqameşdən sonra yazılan bütün bədii əsərlər bir növ onun təkrarıdır
. Gilqameşdə insan həyatının mənası, dostluq, qadınla ünsiyyət, qəhrəmanlıq, ölümsüzlük və əbədilik qazanmaq kimi əsas mövzular ön plandadır.

Gilqameşin özü tarixi şəxs olub və milliyyətcə Şümerdir. O, 47 əsr bundan əvvəl şahlıq edirdi. Onun adı ilə beş əhvalat məlumdur, ancaq bu əhvalatlar bir-biriləri ilə bağlı deyillər. Hər biri müstəqil şəkildə cərəyan edir. Şumerlərdən sonra həmin torpaqlarda asurlular hömkranlıq etməyə başladılar və e.ə 13-cü əsrdə artıq akkad dilində həmin əhvalatlar bədiyyət qazanaraq bir-birilə əlaqələndirirlər. Onun üçün də Şumer və Akkad mətnləri arasında müəyyən fərqlər var.

Akkad mətninə görə, Şah Gilqameş Uruk şəhərində hökmranlıq edir. O çox cəsur və ağıllı şahdır. Ancaq onun səltənətində belə bir qayda var – hər kim evlənsə gəlin gərdək gecəsini ilk dəfə Gilqameşlə yaşamalıdır. Xalq bundan çox narahatdır və Allahlardan xahiş edirlər ki, Gilqameşin başını qatsınlar ki, onların arvadlarından əl çəksin. Allahlar səhrada Enkidu adlı kişi yaradırlar.

Enkidu heyvanlarla böyüdüyü üçün onları qoruyur və ovçuya ov etməyə imkan vermir. Ovçu bundan narahat olaraq Gilqameşə şikayət edir. Gilqameş onunla Şamxat adlı kahinə göndərir və qadın Enkidunu əhliləşdirir. Sonra şəhərə gətirir və O, Gilqameşə müqavimət göstərir. Heç biri o birini yenə bilmədiyi üçün Gilqameş Enkidu ilə qardaş olur və bərabər qəhrəmanlıq macəraları axtarmağa gedirlər. Allahların qərarı ilə Enkidu xəstəlikdən ölür və Gilqameş bundan çox sarsılır. Anlayır ki, bu dünyada hər şey puçdur. Onun üçün də ölümsüzlük axtarışına çıxır.

Şumer mətnində Gilqameşin ilk gecə hüququ onun şıltaqlığından deyil, ilahi bir ritualdan irəli gələn amildir, ancaq akkad dövrü üçün bu mənfur bir hərəkətdir, onun üçün də sevimli qəhrəmanı bundan çəkindirirlər, habelə, şumer mətnində Enkidu Gilqameşin quludur, akkad mətnində isə dostu və qardaşlığı.





Verilişin təkrarını siz 96.9 fm dalğasında bazar günü saat 15:00-da dinləyə bilərsiz.
Print Email
FaceBook Twitter Google