Ədəbiyyat və İnterpretasiya ədəbiyyatşünas Oqtay Kazımovun müəllif verlişi - Odisseya birinci hissə
Ədəbiyyat və interpretasiya
verlişinin 6-cı buraxılışı Homerin ikinci əsəri - Odisseyaya həsr
olunur. 6-cı verilişdə bu əsərlə bağlı söhbətin birinci hissəsi
təqdim olunur
.
Ümumiyyətlə Odisseyanın Homerə aid olub-olmaması məsələsi bir çox
əsrdir ki həm şərhçilər, həm də tədqiqatçılar arasında qızğın
mübahisələrə səbəb olmuşdur. Son dövrlərdə unitarlar yəni hər iki
poemanın bir müəllifə isnad olmasının tərəfdarları daha
çoxalmışlar. Onların başlıca arqumenti Odisseyanın əslində
İliadanın bir tamamlayıcısı olmasıdır.
Troya müharibəsinin məhşur qəhrəmanlarından biri olan Odisseyin
vətəninə qayıtması cəhdləri əslində bir fondur və bu fonda Troya
savaşlarında qalib gəldikdən sonra yunan döyüşçülərinin geri
dönmələri, onların aqibətləri barədə əhvalatlar söylənilir.
Odisseya Zevsin başqa allahlarla Olimp dağındakı iclası ilə
başlayır. Zevs Odisseyin vətəni İtakaya geri dönə bilməməsindən çox
narahatdır. Odisseyin geri dönə bilməsinə maneçilik törədən isə
Poseydonun özüdür, çünki Odissey onun oğlu təpəgöz Polifemi kor
etmişdir.
Zevsin verdiyi qərara görə ilahə Kalipsonun yanında, Oqiqiya
adasında qalan Odissey artıq vətəninə doğru yola düşməlidir. O,
Afinanı Kalipsonun yanına göndərir. Kalipsonun yanından isə Afina
İtakaya - Odisseyin oğlu Telemaxın yanına gedir. İnsan şəklinə
girərək özünü Odisseyin köhnə dostu kimi qələmə verərək adının
Mentor olduğunu söyləyir.
Odisseyin yoxluğunda İtakalı əsilzadələr onun arvadı Penelopa ilə
evlənərək şah olmaq niyyətindədirlər. Penelopa isə minbir hiylə ilə
özünü qorumağa çalışır. Bunu duyan gənclər Odisseyin hər gün
malından yeyib-içərək Penelopanı onların arasından kimisə seçməyə
vadar etmək arzusundadırlar. Bütün bunlar Telemaxı son dərəcə
darahat etsə də onları qovmağa gücü çatmır.
Mentorun simasına girmiş Afinanın məsləhəti ilə atasından xəbər
tutmaq üçün o hələ Nestorun yanına Pilosa, sonra isə Menelayla
Yelenanın yanına - Spartaya yollanır. Bu hissədə söhbət Telemaxın
Nestorla danışması və Spartaya Menelayın yanına yollanmaqla
tamamlanır.