"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi -Kral Edip birinci hissə
Ədəbiyyat və interpretasiya
verlişinin 9-cu buraxılışında söhbət Tragediya yəni faciə janrından
gedir. Aristotelə görə faciə şərab tanrısı Dionisə həsr olunmuş
ditiramflardan yəni mədhiyyələrdən doğmuşdur. Beləliklə teatrın və
faciələrin başlanğıcı dini təsəvvürlərə söykənir
.
Verlişin ikinci yarısı Esxil və Sofokldan bəhs edir. Farslarla
müharibədən qayıdan Esxili öz musiqiçi truppası ilə Sofokl
qarşılayır və bu vaxtlar yunan aləminin üçüncü böyük faciə müəllifi
Yevripid anadan olur. Qədim yunanlar üçün faciə müqəddəs hesab
olunurdu, çünki onun vasitəsi ilə insan katarzisə daha tez çata
bilirdi. Verlişin üçüncü hissəsində Oidip/Edipin miflərdə verilmiş
əhvalatı söylənilir. Miflərə görə, Fiv kralı Laios Apollonun
lənətinə düçar olur.
Apollon onun oğlu olacağını və həmin oğlan tərəfindən
öldürüləcəyini deyir. Ancaq bu kifayət deyilmiş kimi həmin oğlan
uşağının onun arvadı ilə yəni öz anası ilə evlənəcəyi barədə də
xəbər verir. Uşaq dünyaya gələrkən Laios bu dəhşətli aqibət və
taledən yayınmaq üçün uşağın öldürülməsini əmr edir.
Ancaq öldürmək üçün verilən şəxs körpəyə qıymır və onu qonşu
ölkənin çobanına verir. Həmin çoban isə öz şahı sonsuz olduğu üçün
uşağı ona aparır. Uşağın adını Oidipus yəni “ hər iki ayağı şişmiş”
qoyurlar. Uşaq böyüdükdə kimsə sərxoş onu “Tullanmış”
adlandırır.