“Arqonavtikanın” üçüncü hissəsində
igidlərin Eetin sarayına gəlişin şahidi oluruq. İgidlərlə görüşən
Eet onların məqsədlərini bildikdə hirsindən boğulur və öz
nəvələrini yəni Kalkiopanın oğlanlarını cəsus hesab edərək ürəyində
yamanlayır
.
Eet onları dərhal öldürmək istəsə də qonaqpərvərlik qanunlarını
pozmaqdan çəkinir. Onun üçün də Yasona çətin bir tapşırıq verir –
Yason Eetin od püskürən öküzlərini bir təhər bounduruğa qoşaraq bir
çöllüyü şumlamalı, əjdaha dişlərini ora əkməli və həmin dişdən
çıxan döyüşçüləri məğlub etməlidir. Bu tapşırığı Eetin özü bir gün
ərzində asandca yerinə yetirə bilir. Yason vahiməyə düşsə də üzə
vurmur və vidalaşdıqda Eros Medeyanın qəlbinə oxunus sancaraq onu
Yasona aşiq edir.
Medeya olduqca maraqlı bir simadır – O, təbabətlə məşğuldur və hər
cür dərman hazırlaya bilir. Medeyanın köməyi ilə Yason bu
tapşırıqları yerinə yetirir, ancaq hamı üçün məlum ölur ki, Eet
yenə Qoç dərisini vermək fikrində deyildir.
Onun üçün də Medeyanın köməyi ilə həmin dəriyə keşik çəkən əjdahanı
dərmanla ovsunlayıb yatırdaraq Qoç dərisini qaçırırlar. Bundan
hadisələr sürətlə inkişaf edir və Yasonla Medeya Arqolularla
birlikdə onları təqib edən Kolxida donanmasından orda-burda
gizlənirlər və bu səyahətlər həm ağır və faciəvi şəkildə inkişaf
edir. Fiziki ölümlərdən əlavə Medeyanın faciəsi bir də vətənini
xain və qardaş qatili kimi tərk edərək yadlar arasında yaşamasıdır.
Ancaq Medeyanın gələcək faciələrini artıq Yevripid qələmə
almışdır.
Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov
“Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da
ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə
aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər
cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli”
radiosu müəllifə təşəkkür edir.