Bu verilişdə yunanlar və troyanlar
arasında dəhşətli qırğından yaxından tanış oluruq. Bunun üçün
savaşlar parça və hissə şəklində birbaşa poemadan oxunur.
Ədəbiyyat və interpretasiya verilişinin 5-ci buraxılışında
İliadanın son hissəsi və orda baş verən hadisələr haqqında nəql
olunur
.
Patroklun ölümündən sonra Axilles bu dəfə troyanlara qəzəblənərək
Aqamemnonla barışıb dostunun intiqamını almaq üçün savaşa girişir.
Axilles and içir ki Hektoru öldürməyincə Patroklu dəfn edən
deyildir.
Axillesin müharibəyə qoşulması savaşı həm qızışdırır, həm də
troyanları dəhşətə salır. Hektoru axtardıqda o bri xeyli troyalını
həlak edir. Ksanf çayında o qədər troyalı qırır ki axırda çay
hirslənib onun arxasınca düşür. Axilles özünü hirslənmiş çaydan
güc-bəla ilə qurtara bilir. Savaşda Axilleslə Eneyin qarşılaşması
da təsvir olunur və Axillesin əlindən Eneyi Poseydon xilas edəsi
olur.
Axilleslə Hektorun savaşı poemanın ən təsirli hissəsidir. Axilles
Hektoru öldürərək onu düşərgəsinə sürüyür.
Hektorun cəsədini almaq üçün atası Priam gecəykən Axillesin yanına
gedib oğlunun qatilinin əllərini öpərək mərhəmət diləyir. Axilles
Hektorun cəsədini qaytarır və 9 günlük sülh elan edir ki Hektor
laiqincə dəfn olunsun.
Poema Hektorun dəfni ilə tamamlanır.
Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov
“Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da
ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə
aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər
cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli”
radiosu müəllifə təşəkkür edir