Gənc Marneuli verilişi - Qonağımız Gənc mədəniyyət təlimçisi ve həvəskar ədəbiyyatcı Zaur İbrahim oldu
Qonağımızla ədəbiyyatdan, onun ədəbiyyata olan marağından eyni zamanda nitq və dinləmək mədəniyyətindən danışdıq. Zaur 14 yaşından ədəbiyyata maraq göstərir. O, ilk şeirini 14 yaşında heyatda gördüklərini qələmə alaraq yazıb.
Ən çox sevdiyi, sənətinə hörmət göstərdiyi şair isə Zəlimxan Yaqubdur hansı ki, onun sənəti ilə yaxından maraqlanaraq bəhrələnib.

Zaur İbrahimin ən böyük arzusu dostları ilə yaratdığı Mədəniyyət və Turizm Akademiyası adlı təşkilatının sayəsində ölkəmizin mədəniyyətini dünyada tanıtmaqdır.

Zaur İbrahim gənclərə həyatda heç nəyə görə ruhdan düşməyərək, ümid və sevgi ilə yaşamalarını arzu etdi.




Daha ətraflı məlumat üçün verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir.
Hər çərşənbə axşamı saat 12:00-da. Verilişin təkrarını hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.


Print Email
FaceBook Twitter Google