Gənc Marneuli verilişi - Qonağımız "Lingua" Təhsil Mərkəzinin meneceri Gülcahan Acalova
Qonağımızla "Lingua" təhsil mərkəzindən, təhsil və onun həyatında təhsilin rolundan danışdıq. Gülcahan Acalova bacısı ilə birlikdə 2 ildir fəaliyyət göstərən "Lingua" təhsil mərkəzini yaradıblar.
Təhsil mərkəzini açmaqda tək məqsədləri öz biliklərini gənclərlə bölüşərək onlara təhsili sevdirmək olub.
Gülcahan fərqlilikləri sevir və gənclər üçün hazırladığı təlimlərdə, istərsə də dərs proqramlarında fərqliliklərə üstünlük verir. O, gələcəkdə Marneulinin ətraf bölgələrində də "Lingua" təhsil mərkəzinin filiallarını açaraq gənclərə təhsil xidməti göstərmək istəyir.

Gülcahan Acalova gənclərə yaxşılıqlarından qalmayaraq irəli getmələrini, təhsilə önəm vermələrini və fərqlilikləri sevmələrini arzu etdi.




Daha ətraflı məlumat üçün verilişi dinləyin. "Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Hər çərşənbə axşamı saat 12:00-da. Verilişin təkrarını hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.
Print Email
FaceBook Twitter Google