Gənc Marneuli verilişi - Qonağımız Gənc kitabsevər Səxavət Bediyev oldu
Bu gün qonağımızla kitablardan və onun ədəbiyyata olan marağından danışdıq.
Səxavət Bediyev uşaq yaşlarından ədəbiyyata maraq göstərməyə başlayıb. Onun sözlərinə görə orta məktəbdə oxuyarkən "Atalar Sözü" adlı kitabından oxuduğu maraqlı şeirlər və nağıllar onda ədəbiyyata qarşı maraq oyadıb. İbtidai sinifdən ədəbiyyata maraq göstərərək 6-cı sinifdə "Vətən" adlı ilk şeirini yazıb. Səxavət yazdığı şeirlərin və məqalələrin mövzusunu öz həyatından və gördüklərindən bəhrələnərək yazır.

Səxavət kitab oxumağın nə qədər maraqlı və gözəl olduğundan danışdı. O, Hüseyin Cavidin əsərlərini çox sevir buna səbəb isə yazıçının əsərlərində vətənə və millətə olan sevgisindən bəhs etməsidir.




Daha ətraflı verilişi dinləyin.

"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.

Print Email
FaceBook Twitter Google