Bu gün qonaqlarımızla ictimai nəqliyyatın gənclərin gündəlik
həyatında yaratdığı problemlərdən geniş şəkildə danışdıq.
Əziz Qəniyev və Səma Həsənova Aşağı Saral kəndində yaşayırlar. Səma
və Əziz 12-ci sinif şagirdləridir və bu il məktəbi bitirəcəklər.
Onların sözlərinə görə attestat və qəbul imtahanına hazırlaşmaq
üçün məktəbdən əlavə Marneuli rayonuna hazırlığa gəlirlər. Gündəlik
həyatlarında nəqliyyatdan istifadə etmək məcburiyyətində olan
gənclər hər dəfə nəqliyyatla bağlı müxtəlif problemlərlə
qarşılaşırlar.
Əziz və Səmanı daha çox yol xərcləri narahat edir. Onlar ictimai
nəqliyyat olmadığından hər dəfə əlavə pul ödəyərək taksi ilə evə
getməli olurlar.
Daha ətraflı verilişi
dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə
axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.