“Müzakirə Nöqtəsi”- Din və cəmiyyət Kamran Məmmədov –ictimai fəal
Əsrlər boyu din aktual mövzu olub.
Bu gündə yenə o, aktuallıq qorunub saxlanılır amma çoxlu suallar və
əsassız istisnalar və rəylər cəmiyyətdə fərqli və batil fikir
formalaşdırıb. Regionumuzda isə öz tərəfindən fərqlilik var
.
Bir çox məsələnin dini, etnik yoxsa mental dəyərlərə söykəndiyini
ayırd edib seçə bilmirik.
Eyni zamanda Müqəddəs Ramazan ayı olduğundan bu ayın fəzilətindən
söhbət açacağıq. Qonağımız Tehran Universitetinin beynəlxalq hüquq
fakultəsinin magistr məzunu və ictimai fəal Kamran Məmmədovdur.
Biz bu gün Kamran bəylə region səviyyəsində olan dini problem kimi
bildiyimiz məsələləri və İslamın bunlara baxışını müzakirə
edəcəyik
Marneuli fəalları Samirə Bayramova və Emin Yadigarov hər
çərşənbə saat 19:00-da “Marneuli” radiosunun dinləyicilərinə
Marneuli icmasının nümayəndələrinə mühüm və aktual mövzular təqdim
edirlər və bu mövzularla bağlı fikirlərini aydın şəkildə
bildirirlər. Yerli qonaqların iştirakı ilə yeni mövzularla bağlı
maraqlı efir maraqlı, tənqidi və səmimi söhbət yaradır. “Müzakirə
nöqtəsi” verilişi maariflənmənin artırılması və ictimaiyyətdə
müzakirələrin inkişafına yardım edir.
“Müzakirə nöqtəsi” verilişi hər çərşənbə saat 19:00-da “Marneuli”
radiosunun efirində.
Verilişin təkrarını hər şənbə saat 18:00-da dinləyə bilərsiniz.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli”
radiosu müəlliflərə təşəkkür edir.