“Stereotiplərdə həyat – bərabərlik üçün”- Mariam Qvidiani
Zəngli saat çaldı. Saat 7-ni indicə keçib. Evdə qəhvə qoxusu var.
Küləyin səsinə sanki yağış damcıları cavab verirlər. Artıq
dekabrdır. Bəlkə isti geyinməyim, çox geyinmək məni narahat edir,
azadlığımı əlimdən alır. Güzgüyə baxıram gözlərim yenə
yuxuludur
.
Dünən yenə də yatmamışam. Yaxud da kədərlidir.
Azadam ki?
Gülləri xatırladım. Məndən kömək istəyəndə düşündüm ki, belə güclü
qadına necə kömək edə bilərəm? Ayaqları üzərində möhkəm durur,
həyatla yorulmadan mübarizə aparır. Güllərin 16 yaşlı, gözləri
parıldayan, uzun saçlı, təbəssümlü qızı var.
-- Mənim qızımın arxasınca özündən çox böyük yaşda kişi gəzir, ona
eşq elan edir, qızımı narahat edir. Məktəbə buraxmıram, qorxuram
qaçırarlar! İstəyirəm məktəbi bitirsin və universitetə qəbul
olsun!
İşə tələsirəm, qəhvə içməyi bu gündə çatdıra bilmədim. Yolda
cəsarət edib cinsiyyətin üstünlük olmadığını ucadan və bunu hələ də
pıçıltı ilə deyən qadınlar haqqında düşünürdüm.
Görəsən heç olmasa bu gün elə keçəcəkmi ki, əri və ya keçmiş əri
tərəfində öldürülümüş yaxud boğulmuş qadın tapmasınlar. Və yaxud
zorakılıqdan yorulmuş qadının əri, qardaşı, atası yenə haradasa
qarşıma çıxıb və ciddi cinayətdə - qadınları qorumaqda məni
günahlandırmasın.
İş yerinin pilləkanlarını sürətlə qaçaraq çıxdım. Cəmi 42 pillədir,
hər gün sayıram sanki dəyişəcək. Qapıda Nino qarşıma çıxdı. Qorxmuş
vəziyyətdədir.
-- Nino nə olub, yaxşısan?
-- Bu gün yenə maşınla arxamca düşmüşdü. Həm də çalışırdı ki, mən
qəzaya düşüm. Güclə bankın yanında maşını saxlaya bildim. Bilirsən
ki, hamiləyəm. Bankın əməkdaşı özünü bayıra atdı, mənə dedi ki,
maşını başqa yerdə saxlayım bura direktorun yeridir. Bilmirdim nə
edim və sənin yanına qaçıb gəldim.
Telefon susmur, qızlar yazırlar. Bu dəfə sevindirici xəbərdir –
nigah və suya çəkilmə, ikisi bir yerdə. Mənim isə cümə günü
qrafikim doludur, həm də uşaqları bağçadan gətirməliyəm. Bağça isə
saat 6-ya qədər çalışır.
Artıq axşamdır. Mən, Dato və uşaqlar evə toplanmışıq. Ailə
idiliyamız var. Çox yorğunam, ayaqda dura bilmirəm, amma ailəyə şam
yeməyi lazımdır. Hazırlayıram. Süfrə arxasına otururuq. Telefon
yenə zəng edir.
- Mari sənə nə qədər yazdım, tez ol mesajlara bax!
Təcili olaraq “Messenger”ə daxil oluram.
“Mari mənim dostumun qızını keçmiş sevgilisi yazışmaları
yayımlamaqla hədələyir. Bu zibil, başa düşürsən? Həm də deyir ki,
kiməsə desə onu öldürəcək. Polisə zəng vurmaq istəyirdik, amma bu
səfeh Nia özünü öldürür. Səni gözləyir, səninlə danışmaq istəyir.
Xahiş edirəm elə indi evdən çıx gəl. Uşaq ağlamaqdan öldü. Səni
gözləyirik.”
Yaxşı oldu ki, heç olmasa şam yeməyini hazırlamağı çatdırdım. Ailəm
ac qalmayacaq.
Ana yenə gecikəcəksən? – 4 yaşlı qız mənim cavabımı gözləyir, onun
gözlərində elə böyük gözlənti var!
Yox, bu gün tez gələcəm – mən cavab verirəm. Onu öpürəm və qapını
örtürəm!
Ona tez-tez təkrar edirəm – “Sənin bədənin sənin mülkündür”, “Sən
bu dünyanın vacib hissəsisən”, “Sən günəşsən”.
Bu gün susmaq vaxtı deyil! Bu gün qadınlar öz hüquqlarımız üçün
mübarizə aparırıq və gələcəyə ümidlə baxırıq!
Müəllif Xalq müdafiəçisinin
gender məsələləri üzrə Kvemo Kartlidəki nümayyəndəsi - Mariam
Qvidiani
Məqalədə qeyd
edilmiş hadisələr və adlar
uydurulmuşdur!