Qurcaanidə bir nəfər qətlə yetirilib
Qurcaani rayonunun Kalauri kəndində bir kişini evində qətlə yetiriblər. İnterpresnyusun verdiyi məlumata görə, qətlə yetirilən şəxsin bədən və baş nahiyəsinə küt əşya ilə çoxsaylı xəsarətlər yetirilib. Hadisə gecə saatlarında baş verib. Artıq bir neə saatdır ki, ərazidə ekspertlər araşdırma aparırlar. İstintaq işi davam edir.

Daxili İşlər Nazirliyindən bildirirlər ki, CM-in 108-ci maddəsi üzrə istintaq işi açılıb. Nazirlikdən onu da bildirirlər ki, qətldə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Cm-in həmin maddəsi 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google