Qırıxlıda olan stadion Əhməd Kərəməsin torpaq sahəsindədir və onu
əhaliyə verməyi planlaşdırır.
Özünün qeyd etdiyinə görə onun qoz bağı var və şirkət MMC olaraq
qeydiyyat olunub və iki hissə ortağı da var. Ancaq ictimai
reyestrdə torpaq sahəsi tapılmır. Onun sözlərinə görə torpaq
sahəsini o artıq 2 ildir fərdi şəxsdən alıb.
Məhz əhalini narahat edən bu torpaq sahəsində idman
meydançası yerləşir. Əhməd deyir ki, sahə onumdur amma
yerlilərlə mübahisəli vəziyyətdən qaçmaq üçün öz vəsaiti ilə
stadionu yol kənarına çıxarmağa hazırdır.
"Mən torpaq sahəsi aldım. Mənim sahəmdə stadion
tikilib. Kəndlilərlər mübahisə istəmirəm. Ona görə də öz xərcimlə
stadionu yolun kənartına çıxaracam və kəndə hədiyyə
edəcəm" - deyə bildirdi Əhməd Kərəmə.
Avropalı Gürcüstan partiyasının üzvü Əhməd İmamquliyev qeyd edir
ki, stadion məsələsinə görə əhali onunla da əlaqə saxlayıb. Onlar
isə kəndə gedərək əraziyə baxış keçirərək araşdırmağa qərar
veriblər. İmamquliyevin dediyinə görə Qırıxlıya gedəndə Gürcü
Arzusunun aktivistlərindən biri onlara yaxınlaşıb və təhqir edib.
Onlar polis çağırmalı olublar.
İmamquliyevin sözlərinə görə meriya tərəfindən qeyd olunan
stadionun bərpası üçün 28 000 laridən çox məbləğ sərf olunub. O
məbləğin sərf olunmasını məqsədsiz hesab edir. Cavab almaq üçün
rəsmi şəkildə müraciət etməyi də planlaşdırır.
"Meriyaya ərizə yazmağı düşünürəm. Əgər torpaq əvvəl də başqasının
mülkündə imişsə bələdiyyədən niyə 28 500 lari
xərclənib" - deyə bildirdi Əhməd İmamquliyev.
Bələdiyyədən də təsdiqləyirlər ki, stadionda demontaj deyil yerini
dəyişmə prosesi gedir və deyirlər ki, hər şey qanum çərçivəsində
gedir. Ancaq bizim üçün qeyri müəyyən olaraq qalır ki, meriya
stadionun özəl mülk olduğunu bilirdi ya yox.