Bələdiyyə stadionu fərdi sahibkarın ərazisi imiş
Qırıxlıda olan stadion Əhməd Kərəməsin torpaq sahəsindədir və onu əhaliyə verməyi planlaşdırır. Özünün qeyd etdiyinə görə onun qoz bağı var və şirkət MMC olaraq qeydiyyat olunub və iki hissə ortağı da var. Ancaq ictimai reyestrdə torpaq sahəsi tapılmır. Onun sözlərinə görə torpaq sahəsini o artıq 2 ildir fərdi şəxsdən alıb.

Məhz əhalini narahat edən bu torpaq sahəsində idman meydançası yerləşir. Əhməd deyir ki, sahə onumdur amma yerlilərlə mübahisəli vəziyyətdən qaçmaq üçün öz vəsaiti ilə stadionu yol kənarına çıxarmağa hazırdır.

"Mən torpaq sahəsi aldım. Mənim sahəmdə stadion tikilib. Kəndlilərlər mübahisə istəmirəm. Ona görə də öz xərcimlə stadionu yolun kənartına çıxaracam və kəndə hədiyyə edəcəm" - deyə bildirdi Əhməd Kərəmə.

Avropalı Gürcüstan partiyasının üzvü Əhməd İmamquliyev qeyd edir ki, stadion məsələsinə görə əhali onunla da əlaqə saxlayıb. Onlar isə kəndə gedərək əraziyə baxış keçirərək araşdırmağa qərar veriblər. İmamquliyevin dediyinə görə Qırıxlıya gedəndə Gürcü Arzusunun aktivistlərindən biri onlara yaxınlaşıb və təhqir edib. Onlar polis çağırmalı olublar.

İmamquliyevin sözlərinə görə meriya tərəfindən qeyd olunan stadionun bərpası üçün 28 000 laridən çox məbləğ sərf olunub. O məbləğin sərf olunmasını məqsədsiz hesab edir. Cavab almaq üçün rəsmi şəkildə müraciət etməyi də planlaşdırır.

"Meriyaya ərizə yazmağı düşünürəm. Əgər torpaq əvvəl də başqasının mülkündə imişsə bələdiyyədən niyə 28 500 lari xərclənib"
- deyə bildirdi Əhməd İmamquliyev.

Bələdiyyədən də təsdiqləyirlər ki, stadionda demontaj deyil yerini dəyişmə prosesi gedir və deyirlər ki, hər şey qanum çərçivəsində gedir. Ancaq bizim üçün qeyri müəyyən olaraq qalır ki, meriya stadionun özəl mülk olduğunu bilirdi ya yox.

"Marneuli" Radiosu
Print