Kaxetinin Kalauri kəndində kişi öldürülüb.
Həmin şəxsin anası Rustavi 2 tele kompaniyasına bildirib ki,
ana-balaya bir neçə nəfər hücum edib və onlardan pul tələb
edirlərmiş.
Hadisə 11 aprel tarixində gecə baş verib. Zərərçəkən deyir ki,
övladı traktor almaq üçün məbləğ toplayıbmış və hücum edənlər güman
ki, həmin pulu axtarırlarmış.
Baş verənlə bağlı Gürcüstan DİN qəsdən adamöldürmə maddəsi ilə
istintaqa başlayıb (Maddə 108). Maddə cəza olaraq 7 ildən 14 ilə
qədər həbs cəzasını nəzərdə tutur.