Kaxetidə orta yaşlı kişi öldürülüb
Kaxetinin Kalauri kəndində kişi öldürülüb. Həmin şəxsin anası Rustavi 2 tele kompaniyasına bildirib ki, ana-balaya bir neçə nəfər hücum edib və onlardan pul tələb edirlərmiş.

Hadisə 11 aprel tarixində gecə baş verib. Zərərçəkən deyir ki, övladı traktor almaq üçün məbləğ toplayıbmış və hücum edənlər güman ki, həmin pulu axtarırlarmış.

Baş verənlə bağlı Gürcüstan DİN qəsdən adamöldürmə maddəsi ilə istintaqa başlayıb (Maddə 108). Maddə cəza olaraq 7 ildən 14 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print