Xərçəngin qarşısını alır, cinsi problemləri aradan qaldırır,
immunitet sistemini gücləndirir...
"Marneuli" Radiosu keçibuynuzunun çoxsaylı faydalarını
sadalayır.
Tərkibi:
Dəmir: 0.35 mq
Maqnezium: 6 mq
Potasium: 99 mq
B 2 vitamini: 0,055 mq
Niasin: 0.228 mq
Vitamin B2: 0.04 mq
Vitamin B3: 0.04 mq
Vitamin B6: 0.05 mq
Vitamin C: 0.00 mq
Qandakı xolesterol səviyyəsini aşağı salır
Keçibuynuzunun tərkibində polifenollar var. Bu da xolesterol
səviyyəsinin aşağı düşməsinə kömək edir.
Xərçəngin qarşısını alır
Keçibuynuzunun tərkibində təbii polifenol və antioksidant
olduğundan xərçəng önləyici təsiri olduğu düşünülür. Bu maddələr
bədənimizdəki sərbəst radikallarla savaşmağa kömək edir.
Osteoporoz və uşaq iflici ilə savaşır
Tərkibindəki yüksək miqdarda fosfor, kalsium və qallik turşusu
sayəsində osteoporoz və uşaq iflici ilə mübarizə aparır.
Soyuqdəymə və qripi aradan qaldırır
Keçibuynuzu E vitamini, antioksidantlarla zəngindir. Bu maddələrin
hamısı qrip və soyuqdəymə zamanı işə yarayır. Keçibuynuzunun
müalicə etdiyi digər xəstəliklər isə anemiya və xroniki
öskürəkdir.
Yüksək təzyiqi müalicə edir
Keçibuynuzu kafeinsiz olduğu üçün yüksək təzyiqi aşağı salır.
Niyə keçibuynuzu yeməliyik?
Pəhrizinizə keçibuynuzu əlavə etməyin sağlamlıq baxımından bir çox
faydası var.
Aşağı şəkər və yağ tərkibli olduğuna görə arıqlamaq istəyənlər üçün
ideal seçimdir. Onda olan yüksək A və B2 kimi vitaminlər də dəri və
göz sağlamlığı üçün faydalıdır.
- Ürək xəstəliyi riskini azaldır
- Mədə problemlərini aradan qaldırır
- İshalı müalicə edir
- Həzmlə bağlı problemləri düzəldir
- Bəlğəmi aradan qaldırır. Xüsusilə siqaret çəkənlərə tövsiyə
edilir
- Ağciyər və qaraciyərdə toplanan toksinlərin bayıra atılaraq
təmizlənməsini təmin edir
- Bədəndə yığılan radiasiyanın xaric olmasına kömək edir
- Südə nəzərən kalsium baxımından 3 qat daha zəngindir
- Qripə qarşı bədən müqavimətini artırır
- İmmunitet sistemini gücləndirir
- Sümük əriməsi müalicəsinə kömək edir
- Qan azlığına qarşı təbii dərmandır
- Uşaqlara fiziki və zehni inkişaf üçün dəstək verir
- Diş və diş əti sağlamlığına dəstək verir
- Astma və bronxit müalicəsində istifadə olunur
- Allergiya müalicəsində təsiri var
- Faydalı bir antioksidantdır
- Cinsi gücü artırmaqla yanaşı sperma sayını da artırır
Mütəxəssislərin fikrincə, keçibuynuzunun ən önəmli faydası cinsi
gücü artırmasıdır. Keçibuynuzu qarışımının cinsi zəifliyi olan
kişilər tərəfindən istifadəsi məsləhətlidir.
Türkiyəli məşhur professor İbrahim Saraçoğlu keçibuynuzundan necə
istifadə olunmasını məsləhət görüb. Həkimin təqdim etdiyi resepti
diqqətinizə çatdırırıq.
Yarım litr suyu qaynadın. Əlinizlə kiçik parçalara ayırdığınız
keçibuynuzunu qaynamış suyun içinə atın. Ağzı qapalı şəkildə az
odda 3-4 dəqiqə qaynadın. Qaynatdıqdan sonra ocaqdan götürərək, 20
dəqiqə saxlayın. Sonra qarışımı süzün. İstifadə etməyə başladığınız
ilk bir həftə boyu hər gün için. İlk həftədən sonra 3 ay boyunca
yatmadan öncə 1 stəkan için. Daha sonrakı aylarda ehtiyac zamanı
bəlli zamanlarda içə bilərsiniz.